Sərdar Ortaç azərbaycanlı müğənni ilə bir səhnəni bölüşəcək
24 İyul 2014 13:39 MədəniyyətTanınmış müğənni Zarina Məmmədova türkiyəli ulduz Sərdar Ortaçla bir səhnəni bölüşəcək. ...-ın məlumatına görə, Nahid Emiloğlunun təşkilatçılığı ilə 27 sentyabr tarixində Yaşıl Teatrda baş tutacaq konsertdən ön səhnə Zarina Məmmədovaya məxsusdur. Konsertin aparıcı Zaur Nəbioğlu olacaq. Ancaq ifaçının yenilikləri tək hazırlaşdığı konsertlə bitmir. Hazırda radio dalğalarında Zarinanın ifasında illər öncə dinlədiyimiz "Dəlilik" mahnın remix variantı və "Her ortamda" adlı türk mahnısı səslənir. Zarina həmçinin yeni mahnı üzərində çalışır. O, musiqi Elçin Cəfərova, sözləri Azər Şirinə məxsus "Niyəsi yoxdur" adlı mahnı hazırlayır: "Yeni ifam fərqli olacaq. Elçinlə Azər birgə mükəmməl bir mahnı ərsəyə gətirib. Çox inanınam ki, bu mahnı sözün əsl mənasında xitt olacaq. Dinləyicilər bu ifamı 27 sentyabr Yaşıl Teatrda dinləyəcəklər". Onu da qeyd edək ki, Zarina hazırda İstanbulda şəhərində dincəlir. İfaçı yaxın zamanda vətənə dönüb işlərinə davam edəcək.