"Sultan Süleyman" rekord pul təklifini rədd etdi
Aktyora 20-dən çox təklif gəlib
23 İyul 2014 15:28 MədəniyyətTürkiyəni ən çox izlənən seriallarından biri olan "Muhteşem yüzyıl" serialında Sultan Süleyman Qanuni obrazını canlandıran aktyor Halit Ergençə yeni mövsümdə film çəkilişləri üçün onlarla təklif gəlib. Aktyora gələn təkliflərin sayı 20-dən çoxdur. Adıçəkilən serialın hər seriyasından 60 min türk lirəsi (təqribən 25 min manat) qazanan Halit Ergençə yeni mövsümdə serialda çəkilmək üçün gələn ən yüksək təklif 80 min lirədir (təqribən 35 min manat). Lakin aktyorun rekord təklifi qəbul etmədiyi bildirilir. Halit Ergenç tarixi serialın çəkilişləri zamanı çox yorulduğunu və dincəlmək istədiyini deyib. Aktyor həmçinin bildirib ki, Sultan Süleyman xarakterini izləyicilərə unutdurmaq üçün yeni filmlərə çəkilmək istəyir. Anspress