Nazpəri Dostəliyeva: "Bu, son deyil”
Xalq artisti İlhamə Quliyeva ilə məhkəmə çəkişməsi barədə açıqlama verib
23 İyul 2014 15:07 MədəniyyətXalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanının məhkəmə çəkişmələrinə Ali Məhkəmə tərəfindən baxılıb və yekun qərar verilib. Xalq artisti Nazpəri Dostəliyevanın vəkili Yunis Vəliyev məhkəmənin nəticləri haqqında açıqlama verib: "Bu gün Azərbaycan Respublikası Ali Məhkəməsində Bakı Apelyasiya məhkəməsinin qərarında verdiyimiz kassasiya şikayətinə baxılıb. Şikayətimiz qismən təmin edildi. Cərimə məbləği 25 min manat müəyyən edilib. Onların istəyi 500 min manat idi, məhkəməyə hakim Qəhrəman Allahverdiyev sədrlik edirdi. Ali məhkəminin qərarı bizə təqdim edilmədiyi üçün təəssüf ki, ətraflı məlumat verə bilmirik. Qərar təqdim olunan kimi detallar açıqlanacaq". Xalq artisti Nazpəri Dostəliyeva isə yekun nəticənin yaxşı olacağına inandığını bildirib: "Qərar hələ tam açıqlanmayıb. Əlimdə faktlar, sübutlar var. Başqa instansiyalara da müraciət olunacaq. İnanıram ki, həqiqət qalib gələcək. Bu, son deyil". Anspress