İlhamədən 25 min açıqlaması

"Həmin pulu qocalar evi, şəhid ailələrinə, Qarabağ əlillərinə bağışlayacam"

Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanının xeyli müddətdir davam edən məhkəmə prosesi sona çatıb. Məsələyə Ali Məhkəmə tərəfindən baxılıb və yekun qərar verilib. Bu barədə  açıqlama verən xalq artisti İlhamə Quliyeva Ali Məhkəmənin qərarına əsasən Nazpəri Dostəliyeva 25 min manat cərimələnib: "Vəkilim Pərviz Hacılının iştirakı ilə məhkəmə yekunlaşdı. Mən çox razıyam, ərizəmdə qeyd etdiyim kimi indi də deyirəm ki, həmin məbləği kimsəsiz, qocalar evi və Xocalı qaçqınları, şəhid ailələrinə, Qarabağ əlillərinə bağışlayacam. Qazandığım pulun hamısı vəkilimin və çəkiliş qruplarının iştirakı ilə ehtiyacı olanlara təhvil veriləcək". İlhamə Quliyeva bundan əlavə olaraq bildirib ki, Nazpəri Dostəliyeva pul ödəmək ilə yanaşı ondan üzr də istəməlidir. Anspress

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31