“Telekanallar yaxşı düşünsün: ya pul, ya da mən”
23 İyul 2014 13:59 MədəniyyətSoubiznesə gələn gündən maraqlı açıqlamları ilə adından söz etdirən cazibəli müğənni Könül Şıxəliyevadan xəbər var. İfaçı bu dəfə ona tez-tez verilən "Efirlərdə niyə az-az görünürsünüz" sualının cavabını mətbuatla bölüşüb. "Olaylar"a açıqlama verən müğənni bildirib ki, onun efirlərə gec-gec çıxmasının səbəbi maddiyatdır: " Hamı məndən soruşur "niyə verlişlərdə yoxsan". Bunun cavabı çox asantdır. Mən yeni çıxan müğənni olduğuma görə efirlərdə görsənməm üçün ödəniş etməliyəm. Mənim o, qədər də imkanım yoxdur efirlərə pul xərcləyim. Onu da deyim ki, mən hansı verlişə çıxsam o, proqrama reytinq gələcək. Əslinə qalsa gərək proqramlar mənə pul ödəsin. Mən dediyim sözə əminəm hansı telekanala çıxsam oranın reytinq artacaq. Zarafat da olsa deyim ki, telekanallar yaxşı düşünsün, ya pul, ya da reytiq, yəni mən. Yəqin ki, bu açıqlamamdan sonra məndən soruşmazlar "efirlərə niyə çıxmırsan".