Hazal Kaya artıq dünya ulduzudur
23 İyul 2014 12:47 Mədəniyyət"Genco", "Aşkı-Memnu", "Adını Feriha koydum", "A.Ş.K" kimi seriallarda sevilən obrazları ilə yadda qalan türkiyəli aktrisa Hazal Kaya yeni uğura imza atıb. O, səsvermə yolu ilə verilən və dünyaca məşhur sənət adamlarının uğrunda rəqabət apardıqları "International Council for Human Rights - Medal Of Excellence (İCHAPS)" mükafatını alanlar sırasında 3-cü yeri tutub. Bununla da ölkəsinə böyük bir qürur yaşadan aktrisa həm müvəffəqiyyətini, həm də gözəlliyini bütün dünyaya tanıtmış oldu.
Mükafatı alanlar arasında aktrisa Beren Saat 6-cı, aktyorlar - Cansel Elçin 11-ci, Çağatay Ulusoy isə 14-cü yerə çıxıblar. Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31