“Sultan Süleyman” 80 mini qəbul etmədi
22 İyul 2014 20:05 Mədəniyyət"Möhtəşəm yüz il" serialının üç fəsil çəkilişlərində iştirak edən və Sultan Süleyman Qanuni rolu ilə yaddaşlarda qalan aktyor Halit Ərgənç payızda hər hansı bir layihənin iştirakçısı olmaq niyyətində deyil. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyora 20-dən çox film təklifi gəlsə də, bunlardan heç birini qəbul etməyib. Hətta adıçəkilən serialda hər bölümə 60 min TL (təxminən 22 min AZN) alan H.Ərgənç yeni layihələrdə 80 min TL-yə (təxminən 29 min AZN) "yox" deyib. O, bunun səbəbini dincəlmək və yeni filmlərə başlamaq üçün Qanuni obrazını tamaşaçılara unutdurmaq istəməsi ilə əlaqələndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31