Beren Saat gəlinlikdə
Aktrisa toy hazırlıqlarını sürətləndirib
22 İyul 2014 15:18 Mədəniyyətİyul ayının 29-da sevgilisi müğənni Kənan Doğulu ilə nigah masasına oturmağı planlaşdıran aktrisa Beren Saat gəlinliyinin fotosunu paylaşıb. Aktrisa gəlinliklə fotosunu "Instagram"da yerləşdirib. Fotonun gəlinliyin yoxlanması zamanı çəkildiyi güman edilir. Belə ki, aktirsanın fotosunda gəlinliyin bütün detalları aydın bilinməsə də onun geyinib-soyunma otağından çıxdığı görünür. Qeyd edək ki, Kənan Doğulu ilə Beren Saatın toyu Türkiyədən kənarda - ABŞ-da baş tutacaq. Bu mərasimdə cütlüyün ən yaxınları iştirak edəcək. Daha sonra yeni evlilər Türkiyədəki dostları üçün mərasim də təşkil edəcək. Aktrisa Azərbaycan tamaşaçısına "Fatmagülün suçu nə", "İntiqam", "Aşkı memnu" kimi filmlərdən yaxşı tanışdır. Anspress