Xalq artisti: "Səhnədən gedəndən sonra nə edəcəyim barədə düşünməmişəm"

"Bilik əldə etmək cəhdləri mənim ailəmin ənənəsidir. Bu səbəbdən də təhsilimi davam etdirməyim də təbiidir". Bu sözləri Day.Az saytına müsahibəsində tanınmış balerina, Azərbaycanın xalq artisti Kamilla Hüseynova deyib. "Səhnədən gedəndən sonra nə işlə məşğul olacağım barədə ciddi düşünməmişəm. Bu gün səhnə mənim üçün hər şeydir. Bir şeyi dəqiq bilirəm ki, topladığım təcrübəni ötürməliyəm. Həm də ki, ötürəcəyim adamlar var. Bizim çox istedadlı gənclərimiz var. Onlara baxarkən demək olur ki, Azərbaycan baletinin böyük gələcəyi var", - o əlavə edib. Müsahibənin tam mətnini bu keçiddə rus dilində oxuya bilərsiniz. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31