Gənc aktrisanın meyiti tapıldı
Ölüm səbəbinin müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib
21 İyul 2014 20:10 MədəniyyətSon zamanlar məşhur sənətçilər arasında dünyasını dəyişənlərin sayı çoxalır. Skay Makkole Bartusiakın sevənlərinə pis xəbər var. Kiçik yaşlarında Hollivud ulduzu Mel Gibson ilə birlikdə oynadığı "Vətənsevər" filmi ilə məşhurlaşan aktrisa evində ölü tapılıb. Çox gənc ikən 21 yaşında vəfat edən aktrisanın öıüm səbəb hələ də məlum deyil. Ölüm səbəbinin anlaşılması üçün məhkəmə tibbi ekspertizası təyin edilib. Texasda yerləşən evində ölü tapılan Skay Bartusiak son nəfəsini yuxuda verib. Onun meyitini yaxın rəfiqəsi aşkarlayıb. Hələlik polis aktrisanın ölümü ilə bağlı heç kimi saxlamayıb. Anspress
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31