Şakiranın 100 milyonluq rekordu

Dünya şöhrətli kolumbiyalı müğənni Şakira "Facebook"un ən məşhur siması seçilib. Sosial şəbəkədə 100 milyon "like" toplayan ifaçı bununla da rekorda imza atıb. O, profilində təşəkkür videosu paylaşaraq bu qələbəsini sevənləri ilə bölüşüb. Şakira təəssüratlarını belə ifadə edib: "Bu göstəriciyə görə qürur duyuram. Çünki sosial şəbəkə, xüsusilə də "Facebook" dünyanın dörd bir yanında olan fanatlarımla əlaqə yaratmağa və onlarla aramızdakı boşluğu doldurmağa kömək edir. Həm sənətçilər, həm də pərəstişkarlar düşüncələrini, müvəffəqiyyətlərini, foto və videolarını paylaşmaqla həyatlarının mühüm anlarını bir-birləri ilə bölüşürlər. Bununla da dialoq qura bilirik".  Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31