Flora Kərimova: "Ayıb olsun o müğənniyə..."
Xalq artisti Flora Kərimova “Onlar” verilişinə açıqlamasında gənc ifaçılara dəstək olduğunu bildirib
21 İyul 2014 12:45 MədəniyyətO, mahnılarını icazəsiz səsləndirməyə qoymayan həmkarlarının ünvanına sərt sözlər deyib: "Biz insanların borcu hamıya əl uzatmaqdır. Qoy mənim mahnımı kim istəyir, oxusun. Kimin naxışı tutar, tutar. Ayıb olsun o müğənniyə ki, deyir, məşhur olmaq istəyirsənsə, hesabıma pul köçür. Mənə də bu sənətdə əl uzadanlar oldu: Şövkət Ələkbərova, Rübabə Muradova. Heç vaxt paxıllıq edib, yolumu kəsmədilər. Bu gün onların səviyyəsinə yüksəldim. Bir mahnını oxuyursansa, o, nə sənin, nə də bəstəkarındır. Efirə getdisə, artıq millətindir. Kim istəsə, götürüb oxuya bilər. Amma çalışsın ki, ilk ifaçıdan zəif oxumasın. Mən oxudum, mən sevdirdim, mən tanıtdım demək ayıbdır. Qadağan etmək hara yazılıb? Bunlar qəbuledilməzdir". Axşam.az