Türk sənətçisi Bakıda konsert verəcək
18 İyul 2014 18:05 MədəniyyətHazırada Azərbaycanda fəaliyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün onula Hollandiyada təhsil alan dünyaca məşhur orqanist Cəmilə Cavadova-Spitsberq bir araya gəlib konsert verməyə hazırlaşır. Bu barədə "Olaylar"a açıqlama verən Oya Ergün bildirb ki, onlar artqı verəcəkləri konsertin məşqlərinə başladıqlarını qeyd edib: " Mən musiqi təhsilimi, Cəmilə xanımla birlikdə Hollandiyada almışam. Elə olduki, mən Azərbaycana gəldim və biz burda görüşdük. Daha sonra Cəmilə xanımın burda bir konserti oldu məndə ora qonağ qismidə getdim mahnı oxudum. Daha sonra qərarə gəldik ki, ikimiz birlikdə konsert verək. Biz artıq məşqlərə başlamışıq. O, orqan ifaçısdır məndə opera ikimzdə konsertə çox səliqəli şəkildə hazırlaşırıq. Böyük etimal ki, konsertimiz avqust ayının əvvəlində baştutacaq".
Qeyd edək ki, hazırda Cəmilə Cavadova-Spitsberq Amerikanın Texas ştatının Dallas şəhərində yaşayır və bu şəhərin Dövlət Universitetində professor - mühazirəçi kimi çalışır. Eyni zamanda, o, solo və ansambl ifaçısı kimi də fəaliyyət göstərir.