Röyadan TMB kanalına sərt qadağa

Estrada ulduzu Röya Ayxan Türk Music Box (TMB kanalı) qağada qoydu. Buna səbəb kanalda yayımlanan "Fan savaşları" yarışmasında bu dəfə Aygün Kazımova ilə Röya Ayxan sevənlərini üz-üzə qoymaqdır. Röya yarışmadan da imtina etdi. Bunu jurnalistlərə açıqlamasında ifaçının mətbuat katibi Türkan Məmmədli deyib:"Röya Ayxan daha böyük və nüfuzlu yarışmalarda iştirak etməyə qərarlıdır. Əlbətdə, TMB-ə hörmət naminə təşəkkür edirik. Amma elə yarışmalara ayıracaq zamanımız yoxdur. Röya xanım bu yarışmada iştirak etmək istəmir. Daha bir qərarı isə bir başa Türk Music Boxla bağlıdır. O, ümumiyyətlə bu kanalda onun kliplərinin yayımlanmasına qarşıdır. Ümidvarıq, kanal rəhbərliyi bizi düzğün anlayar və inciməz".

Mətbuat katibi Röya sevənlərə də müraciət etdi: "Heç bir fanat özünə əziyyət verib, səs verməsin. Bu da müğənninin şəxsi istəyidir". "OLAYLAR"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31