Müğənnidən şok sözlər: “Dubayda sənin kimilər...”

"Azəri-star-2003" yarışmasının qalibi Günel Məhərrəmova ilə həmkarı Afaq Aslan arasındakı qalmaqal səngimək bilmir.  Günel, Afaqı "ağ yuyub, qara sərib": "Murdar milçək adlandırdığım Afaq məni təhqir etdiyi, barəmdə əxlaqsız açıqlamalar verdiyi üçün cəzalandırılacaq. İyirmi manatlıq bu milçək 10 il sənətdə olan Günellə özünü reklam etməyə cəhd edir. Amma düşünmür ki, mən onun səviyyəsi deyiləm. Hamı onu müğənni kimi deyil, əxlaqsız məxluq kimi tanıyır. Hamı deyəndə elə onun ətrafı, özünə məxsus dostları. Mən dövlət tədbirlərində sayılıb, seçiləndə görəsən bu qız Dubayın hansı küçələrində idi? Maraqlıdır, o, qız heç olmasa həyatda bir dəfə də olsa güzgüyə baxıb? Onun silikon dodaqlarını görəndə insanda başqa bir təəssürat yaranır. Yenə də deyirəm, get öz işinlə məşğul ol. Gül kimi sənətimizin adını batırma. Birdə onu deyim ki, Dubayda Afaq Aslan kimiləri 20 dollarlıq çoxdur. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31