Aktrisanın döyməsi boşanmasına səbəb oldu

Türkiyəli aktrisa, "Akasiya durağı" ("Akasiya dayanacağı") serialından Dilek obrazı ilə tanınan Pelin Sönməz həyat yoldaşı, iş adamı Cengiz Çolakdan boşanır. Axşam.az "Hürriyət"ə istinadən xəbər verir ki, mayda Los-Ancelesdə ailə quran cütlüyün ayrılmasına səbəb Pelinin kürəyindəki döymədir. C.Çolakla mübahisəsi düşdüyünü deyən aktrisa bununla bağlı açıqlama verib: "Bilirsiniz ki, qısa vaxt ərzində evləndik. Hər şey sürətlə baş verdi. Belimdəki yazını sildirmək istəmədiyimə görə münasibətlərimiz gərginləşdi və hər ikimizin razılığı ilə boşanırıq".

Qeyd edək ki, P.Sönməzin kürəyində keçmiş sevgilisi, müğənni Murad Dalkılıçın adının yazıldığı deyilir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31