Habil Əliyevdın ən son xəbər: “Müsahibə verməyə qüvvəsi yoxdur”
17 İyul 2014 14:55 Mədəniyyət"Şükür Allaha ki, vəziyyəti get-gedə yaxşılaşır. Belə getsə, əvvəlki vəziyyətini bərpa edə biləcək. Hələ ki, müsahibə verməyə fiziki qüvvəsi yoxdur". Bunu Modern. az saytına açıqlamasında bir müddət əvvəl səhhətində problem yaranan xalq artisti, məşhur kaman ifaçısı Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva bildirib. Onun sözlərinə görə sənətkarı bir çox adam ziyarət etmək istəsə də, ailəsi xalq artistinin çox yorulmaması üçün çox zaman buna imkan yaratmır. "Çox adam gəlmək istəyir. Amma xəstə də yorulur. Ona görə də biz özümüz hələ ki, çox icazə vermirik. Zəng edənlər daha çoxdur. Deputat Aydın Mirzəzadə və Oqtay Əsədovun müavini də zəng edib Habil müəllimin səhhətini xəbər alıblar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31