Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru mükafata layiq görüldü

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov Azərbaycan Respublikası "Avropa Nəşr Mətbu Evi"nin qızıl medalı və diplomu ilə təltif olunmuşdur.  "Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasındakı səmərəli fəaliyyətləri, ölkədə keçirilən mədəni-kütləvi tədbirlərdə yaxından iştiraklarına görə adətən Azərbaycan Milli Elmlər Akademiyasının görkəmli nümayəndələrinə təqdim olunan bu mükafat ilk dəfə teatr müəssisəsinin rəhbərinə təqdim olunmuşdur.  Mübariz Həmidov bu mükafata dram teatrlarının, mədəniyyət ocaqlarının müasir tələblər səviyyəsində işinin qurulmasında olan yaradıcı elmi təkliflərinə, torpağına-Vətəninə sonsuz sevgisinə, gənclərdə Vətənpərvərlik hisslərinin aşılanmasında, Ümummilli lider Heydər Əliyev ideyalarının sədaqətlə yerinə yetirilməsində və Azərbaycan mədəniyyətinin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə layiq görülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31