Cazibədar çılpaq bədən və 427 milyon dollarlıq sərvət
17 İyul 2014 09:54 MədəniyyətJizel Bündhen son 7 ildir ki, dünyanın ən çox gəlir əldə edən modelidir.Son illər o, daha çox qazanmağa başlayıb. "Forbes"-in məlumatına görə, Jizel ötən il 47 milyon dollar qazanıb.Bu da onun günə təxminən 128 min dollar gəlir əldə etməsi deməkdir.Son vaxtlar Bündhen eyni zamanda, bir çox işlə məşğul olub. "H&M" brendi üçün mahnı oxuyub, "Chanel" üçün çəkilən reklam filmində rol alıb, dünya çempionatının reklam kampaniyasında "Louis Vuitton"un üzü olub."Forbes" jurnalı məşhur modelin 2001-ci ildən bu yana yarım milyard dollara yaxın, yəni, 427 milyon dollar gəlir əldə etdiyini yazıb. Model "Forbes" jurnalının "2014-cü ilin ən zənginləri" siyahısında yer alıb. O, siyahıda ən güclü qadınlar arasında 89-cu, ən varlı məşhurlar arasında isə 56-cı olub.Bündhen "Forbes" jurnalında yer alan məlumatlara münasibətini bildirib:"Bu rəqəmləri yazanlar mənim bankdaki hesabımın detallarını bilmirlər. Bəli, çox qazanıram. Amma onların dediyi qədər yox. "Forbes"-in siyahısına görə, vergi müfəttişləri hər addımımı izləyirlər. Siyahıda adımın olub-olmaması məni maraqlandırmır. Ancaq insanlara yanlış məlumat ötürməsinlər".
/tabloid/