ADGTT-da yeni müzikl...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mövsümün son tamaşasının ictimai baxışı keçirilmişdir. Pərvin Nurəliyevanın səhnələşdirdiyi Xalq nağılı "Qoğalın sərgüzəştləri" əsasında hazırlanmış bir hissəli  nağlı müzikl nənənin bişirdiyi qoğalın başına gələn maraqlı əhvalatlardan bəhs edir. Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Məryəm Əlibəylidir. Tamaşada Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Roza İbadova,  Anar Seyfullayev, Araz Pirimov, Ramil Məmmədov, Müşfiq Əliyev, Eşqin Quliyev əsas rolları canlandırmışlar. Məlumat üçün bildirək ki, teatrın yeni - 87-ci mövsümünün ilk yeni tamaşası da məhz "Qoğalın sərgüzəştləri" müziklı olacaqdır. Yeni tamaşanın premyerası oktyabr ayının 11-i və 12-də saat 12.00-da baş tutacaqdır. "OLAYLAR"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31