Azərbaycanlı rəqqasə ölkədən birdəfəlik gedir

Rəqqasə Aytən iki ildən sonra Azərbaycandan birdəfəlik köçməyi düşünür

Bu barədə aktual.az-a məlumat verən rəqqasə deyib ki, yavaş-yavaş qonşu Türkiyəyə köçməyi planlaşdırır: "Mən sənətə fasilələrlə gəlib-getmişəm. Sonuncu dəfə səhnəyə qayıtmağıma jurnalist Şahin Cavadsoy səbəb oldu. Məni gördü dedi, sən yaşayırsan? Əslində, bu sözdə istehza yox idi. Mənim bir bənzərim var idi. Təsadüfən elə maşınlarımız da eyni marka idi. O xanım avtomobil qəzasında dünyasını dəyişdi. Səhnədə olmadığımdan çoxları öldüyümü düşünürdü. Elə bil, yuxudan ayıldım. Qayıtdım səhnəyə. Türkiyənin məşhur rəqqasəsi Asena ilə layihə etdik, hələ davamı da var. Lakin mən bundan sonra sənətimi Türkiyədə davam etdirməyi fikirləşirəm. Qismət olsa, inşallah, yəqin iki ilə birdəfəlik köçərəm". Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31