Elariz: "Mənim çörəyimi yeyən şəxs onunla bizim aramızı vurub"

Elariz Məmmədoğlu: “Allahdan, peyğəmbərdən danışır, amma ara vuranlıq edir”

Bu gün "Günaydın" verilişində qonaq olan müğənni Elariz Məmmədoğlu gözlənilməz etirafları ilə diqqət çəkib. Belə ki, mövzusu ara vuranlara həsr edilən verilişdə Elariz bəzi həmkarlarını iki üzlülükdə ittiham edib: "Müxtəlif sifətdə, cilddə bir-birindən fərqli xeyli sayda ara vuranlarla rastlaşmışam. Birinci ara vurana rast gələndən sonra dedim ki, bundan sonra məni daha heç kim aldada bilməz. İkincisi elə gəldi ki, ondan tam fərqli. Eləsi var ki, əlində "Quran", qəlbində şeytan. Allahdan, peyğəmbərdən danışır, amma ara vuranlıq edir. Eləsi də olub ki, ilk tanışlığımızdan münasibətimiz çox əla başlayıb. Səhəri qarşılaşanda üzünü çevirib yolunu dəyişib ki, mənlə qarşılaşmasın. Sonradan mənə məlum olub ki, hər zaman mənim yanımda olub, mənim çörəyimi yeyən şəxs onunla bizim aramızı vurub. Məndən ona həqiqətə sığmayan yalan məlumatlar çatdırıb". Gece.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31