“Oğuznamə yaradıcılığı” kitabı işıq üzü görüb
16 İyul 2014 14:11 MədəniyyətAMEA Folklor İnstitutu tərəfindən Əfzələddin Əsgərin"Oğuznamə yaradıcılığı" kitabı nəşr edilib. Kitabın elmi redaktoru institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu, rəyçiləri prof.Məmmədəli Qıpçaq, fil.ü.f.d. Arif Acaloğludur. Monoqrafik araşdırmada Oğuznamə yaradıcılığının tarixində baş verən mühüm hadisələrin etnik proseslər və tarixi hadisələrlə əlaqəsi araşdırılır. Nəşrdə, həmçinin Oğuznamə ifaçılığı, ifa və poetik forma, Oğuznamə mətnlərinin xüsusiyyətləri tədqiq edilir. Kitab giriş, 6 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31