Dilarə Əliyeva qərarsızdır
15 İyul 2014 16:27 MədəniyyətVaxtilə "Çal-çağır", "Burada və indi" verilişlərinin aparıcısı olmuş aktrisa Dilarə Əliyeva son zamanlar efirdə az-az görünür. Ekrana yalnız "Üç bacı" serialı ilə çıxan D.Əliyeva Axşam.az-a açıqlamasında aparıcılıq üçün darıxmadığını deyib: "Bütün günüm serial çəkilişində keçir. Uzun müddətdir aparıcılığa fasilə vermişəm. Ötən ildən heç bir verilişdə çıxmıram. Hamı soruşur ki, yeni layihə olacaqmı, darıxmırsan aparıcılıq üçün? Darxımıram, yaxın gələcəkdə də belə bir ideyam yoxdur. Serialla kifayətlənirəm. Amma yeni təklif olsa, nəzərdən keçirərəm. Maraqlı veriliş ssenarisinə bəlkə də razılaşaram. Bir çox seriallara da dəvətlər gəlir. Qərarsızam. Bu dəqiqə bütün fikrimiz "Üç bacı" serialının mövsüm finalını çəkməkdədir. Ondan sonra payız üçün gələn film, serial təkliflərini nəzərdən keçirəcəm".