Tanınmış meyxanaçı həbs edildi
Bayram Kürdəxanı həbs olunub
15 İyul 2014 13:50 MədəniyyətSabunçu rayon Məhkəməsi 2 gün əvvəl polis tərəfindən saxlanılan meyxanaçı Bayram Kürdəxanlı barəsində istintaq müddəti üçün 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Bu barədə Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Rəhman Kərimov məlumat verib. B.Kürdəxanlı Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Onun barəsində Cinayət Məcəlıəsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanılıb. Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31