Azərbaycan sənətçisi Türkiyədə tamaşa hazırlayacaqdır...
14 İyul 2014 17:23 MədəniyyətAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist Nofəl Vəliyev tamaşa hazırlamaq üçün Türkiyə Cumhuriyyətindən dəvət almışdır. Dəvət məktubu Türkiyə Cumhuriyyəti Antaliya Böyükşəhər Bələdiyyə Teatrının bədii rəhbəri Məhmət Özgür tərəfindən göndərilmişdir. Istedadlı aktrisa və yazar Pərvin Ünalpın "Gec qalanlar" əsəri əsasında hazırlanacaq tamaşanın məşq prosesinə 10 avqust - 14 sentyabr tarixlərində başlanılacaqdır. Hər iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin sənət və mədəni səviyyədə möhkəmlənməsini təmin edən yeni tamaşanın hazırlanması üçün aktyor Nofəl Vəliyev avqust ayının əvvəllərində Türkiyə Cumhuriyyətinə yola düşəcəkdir. Məlumat üçün bildirək ki, 30 illik tarixə malik Antaliya Böyükşəhər Bələdiyyə Teatrı hazırladığı maraqlı səhnə əsərləri ilə bir sıra beynəlxalq festivalda uğurla iştirak etmişdir.