Alim Qasımov: "Sənətçilərin 70 faizi toya qulluq edir"
Xalq artisti Alim Qasımov Azərbaycan sənətçilərinin bugünkü durumundan narazılıq edib
14 İyul 2014 16:49 MədəniyyətMuğam ifaçısı "Onlar" verilişinə açıqlamasında hamının toy bazarı üçün çalışdığını vurğulayıb: "Şou-biznesi izləmirəm. Hərə bir söz atır, qalmaqal yaradır. Bugünkü vəziyyəti keçmişdəki sənətlə müqayisə etsək... Birincisi, o vaxt bu qədər oxuyan yox idi. Müəyyən sayda sənət adamı var idi. Hamı da bilirdi ki, filankəs kimdir. Bu dəqiqə tarixi sənətdən söhbət getmir. Bizim sənətçilərin 70 faizi toya qulluq edir. Oradan peşəkar ifaçı kimi yetişmək çətin olacaq. Əsl sənətkar çıxsa da, yenə toya xidmət edəcək. Çalışaq, heç olmasa, hörməti gözləyək. Özlərindən böyüklərə, ağsaqqallara hörmət qoysunlar. Onu da qorumasaq, olacağıq rus". Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31