“Cahandar ağa” ilə bu gün vida mərasimi keçiriləcək

Azərbaycanın xalq artisti məşhur "Dəli Kür" filminin "Cahandar ağa" rolunun ifaçısı Ələdddin Abbasov ilə sabah vida mərasimi keçiriləcək.

ANS TV-nin məlumatın görə, Ələddin Abbasov ömrünün 92-ci ilində Gəncədə, yaşadığı evdə dünyasını dəyişdi. Ailə üzvlərinin sözlərinə görə, onun son bir neçə ildə ayaqlarında problemi olsa da səhhəti ilə bağlı başqa ciddi narahatlığı olmayıb. Məşhur aktyor öz əcəli ilə vəfat edib. 3 övlad atası olan Ələddin Abbasov ömrünün son illərini də həyat yoldaşı ilə birgə yaşayıb. Tanınmış aktyr və rejissorlar, o cümlədən onun səhnə yoldaşları xalq artistnin ölümündən sarsılıblar.

Sabah Gəncə Dövlət Dram Teatrında saat 11-dən 13-dək Ələddin Abbasovla vida mərasimi keçiriləcək. Xalq artisti Gəncədəki fəxri xiyabanda dəfn olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31