Aktrisa üçün cənazə namazı qılınıb və dəfn edilmək üçün Kürdəxanıya aparılıb

Bu gün günorta saatlarında vəfat edən əməkdar artist Xanım Qafarova ilə vida mərasimi keçirilib. Mərasim aktrisanın evində təşkil edilib. ANS PRESS-in vida mərasimində iştirak edən əməkdaşının verdiyi məlumata görə, artıq mərhumənin cənazə namazı qılınıb və o dəfn edilmək üçün alqışlarla son mənzilə yola salınıb. Mərasimdə aktrisanın yaxınları ilə yanaşı sənət yoldaşları da iştirak edir. Xatırladaq ki, aktrisa bir necə il süd vəzi xərçəngindən əziyyət çəkib. O bir necə dəfə Türkiyədə müalicə edilib. Sabah isə müalicə üçün İsrailə getməli idi. 

Allah rəhmət eləsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31