Musiqili Teatrı tətilə çıxdı
11 İyul 2014 14:45 MədəniyyətAzərbaycan Dövlət Musiqili Teatrının 104-cü mövsümü başa çatıb. Teatrdan "OLAYLAR"-a verilən məlumata görə, bununla bağlı bü gün teatrda keçirilən yığıncaqda teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünasılıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev arxada qalan mövsümün uğurları, maraqlı tamaşalarla yadda qalması barədə söhbət açdı, yol verilmiş nöqsanlardan danışıb. Direktor 105-ci mövsümdə görüləcək işlər, yaradıcılıq planları barədə də söhbət açdı, hər kəsə gözəl istirahət arzulayıb. Məlumat üçün deyək ki, iyulun 15-dən etibarən teatrın bütün kollektivi məzuniyyətə çıxır. Yeni teatr mövsümünün açılışı hər il olduğu kimi, bu dəfə də 18 sentyabr - Milli Musiqi günü böyük Üzeyir Hacıbəylinin "Ər və arvad" komediyası ilə olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31