Floraya qadağa: "Oxumaq olmaz"
11 İyul 2014 13:39 MədəniyyətXalq artisti Flora Kərimova "Xəzər" telekanalında yayımlanan "Hər şey daxil" verilişinin qonağı olub. Müğənni aparıcının ondan canlı oxumaq istəyinə etiraz edərək bunun səbəbini açıqlayıb: "Əməliyyatdan sonra həkim canlı oxumağa icazə vermir. Deyib ki, oxusam, səsim batacaq. Oxuya bilmərəm". Lakin daha sonra F.Kərimova Zaur Kamalın təkidi ilə oxumağa razılıq verib və xalq artisti İlhamə Quliyevanın repertuarındakı "Yaşın nə fərqi var ki" mahnısını zümzümə edib. Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31