Musiqili Teatrda “Qızıl toy”a ictimai baxış keçirildi
10 İyul 2014 17:05 Mədəniyyətİyulun 9-da Azərbaycan Dövlət Musiqili Teatrında "Qızıl toy" operettasına daxili baxış keçirilib. Bəstəkarı Oqtay Kazımi, libretto müəllifi Ramiz Heydər olan əsərin quruluşçu rejissoru Yusif Əkbərovdur. Xatırladaq ki, "Qızıl toy" tamaşası Musiqili Teatrda sayca üçüncü səhnə həyatını yaşayır. Belə ki, əsərə ilk quruluşu 1980-ci ildə rejissor Rafiq Atakişiyev verib. 1996-ci ildə verilmiş ikinci quruluşun müəllifi isə yenə Yusif Əkbərov olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31