Röya Almaniyada konsert verəcək

Alman Azərbaycan Mədəniyyət Evi bu ölkədə yaşayan soydaşlarımız arasında sorğu keçirib. Təşkilatdan "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, "Almaniyada hansı müğənnini görmək istərdiniz" adı altında keçirilən sorğunun nəticələrindən aydın olub ki, böyük çoxluq Azərbaycanın tanınmış estrada ulduzu Röyanın Almaniyada konsert verməsini istəyir. Bu səbəbdən Alman Azərbaycan Mədəniyyət Evi növbəti konsertinə Röyanı dəvət etməyi qərarlaşdırıb. Mədəniyyət Evindən bildirilib ki, konsertin payız aylarında keçirilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31