Məşhur müğənniyə iki il həbs cəzası verildi
10 İyul 2014 13:40 MədəniyyətMəşhur kanadalı müğənni Castn Bieberə 2 il həbs cəzası verilib. Qərar Los-Anceles məhkəməsi tərəfindən verilib. Nəticədə isə Bieber dövlətin hesabına 81 min dollar keçirməli olacaq. "BBC"-nin verdiyi məlumata görə, müğənni eyni zamanda 5 gün ictimai xidmətlərdə çalışacaq və 12 həftə əsəb xəstəliklərinin müalicəsi kurslarına gedəcək. Qərara əsasən, hətta Bieber apeliyasiya məhkəməsinə də şikayət edə bilməz. Müğənninin üzərində mühakimə olunduğu hadisə 2014-cü ilin yanvarında ABŞ-ın Kaliforniya ştatının Kalabas şəhərində baş verib. Kanadalı qonşusuna yumurta atarkən videogörüntüyə alınıb. Zərərçəkən Castndan polisə şikayət edərək faktı təqdim edib. Nəticədə isə məhkəmənin qərarı ilə şərti həbs cəzasına məhkum edilib. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31