"Geyimlərim hamını şoka salacaq"
10 İyul 2014 13:37 MədəniyyətMüğənni Günay İbrahimli yeni yaradıcılıq planlarından söhbət açıb. İfaçı bu yayın hiti olan "Dəlisiyəm gecənin" mahnısına klip çəkdirəcəyini və fərqli imicdə tamaşaçıların qarşısına çıxacağını bildirib: ""Fort Boyard" teleşousunun ikinci buraxılışı üçün yola düşürəm. Orada iştirak edəcəm, mənə o yarışma maraqlıdır. İnşallah qayıdandan sonra "Dəlisiyəm gecənin" mahnısına klip çəkdirəcəm. Bu manhı çox sevildi, düşünürəm ki, klip çəkdirməsəm olmaz. Klip üçün hər şey hazırdır, bir Günay hazır deyil. Tamaşaçıları çox maraqlı klip gözləyir, məni fərqli imicdə görəcəksiniz. Geyimlərim hamını şoka salacaq, Günayı heç vaxt belə görməmisiniz". "Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31