Xanım Qafarova: “İsraildəki müalicəmin xərclərini Mehriban Əliyeva üzərinə götürüb” - AÇIQLAMA

Ötən gün Lent.az-a müsahibəsində müalicəsi üçün hər kəsdən kömək istəyən Musiqili Komediya Teatrının aktrisası, əməkdar artist Xanım Qafarovanın müraciəti cavabsız qalmayıb  X.Qafarova bildirib ki, onun İsraildəki müalicəsinin xərclərini Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva öz üzərinə götürüb: "Körpə uşaq kimi çox sevinirəm. Bir neçə dəqiqə öncə mənə zəng gəldi. Bildirdilər ki, dəyərli Mehriban xanım İsraildə olunacaq əməliyyatımın xərclərini öz üzərinə götürüb. Onu da dedilər ki, heç kəsdən maddi  dəstək götürməyim: "Bütün nə varsa, edəcəyik". İndi həkimimin məni İsrailə göndərəcəyi vaxtı  gözləyirəm. Ən azı iki günə İsrailə gedəcəyəm".Aktrisa onu da əlavə edib ki, Heydər Əliyev Fondu onun qızının təhsil xərclərini də öz üzərinə götürüb: "Qızımla bağlı da sevindirici xəbər dedilər. İnanın ki, çox sevinirəm. Yaşamaq üçün mübarizə aparacağam. Qızım üçün və məni sevənlər üçün. Allah böyükdür. Ümidim bir tək onadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31