Murad dünyanı gəzdiyi sevgilisi ilə evlənir
9 İyul 2014 14:53 MədəniyyətMəşhur "Follow me" ("Məni izlə") layihəsi ilə bütün dünyada tanınan Murad Osman sevgilisi Nataliyə evlənmə təklifi edib. Ayrı-ayrı ölkələri gəzərək fotolar çəkdirən və buna "Məni izlə" adını qoyan M.Osman bu dəfə sevgilisinə evlənmə təklifi edərkən çəkdirdiyi şəkli İnstaqramda paylaşıb və "O, hə dedi" sözlərini yazıb. Xatırladaq ki, Murad Osman və sevgilisi martda "Nargis" jurnalının baş redaktoru Ülviyyə Rəhmanovanın dəvəti ilə Bakıya gəlmişdi. Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31