Sensasiya: Ancelina Coli dünyanı şoka saldı

"Onun barəsində yayılmış məlumatlar və formalaşmış obraz natamamdır. Hamı onu ən məşhur aktrisalardan biri, xeyriyyəçi və BMT-nin səfiri kimi tanıyır. Amma mən bu qadını narkoman, həyatını "ağ maddə"dən asılılığa salmış qadın kimi tanıyırdım".68 yaşlı amerikalı, sabiq narkodiler Frenklin Meyerin dediyinə görə, 1990-cı illərdə amerikalı aktrisa Ancelina Coli narkotik maddələrdən asılı idi.Milli.Az National Enquirer-a istinadən bildirir ki, həmin vaxtlar aktyor Billi Bob Torntonla görüşən və sonra da bu aktyora ərə gedən Ancelina Coli sürəkli olaraq kokainlə heroin qəbul edirmiş.
"Ancelina uzun illər boyu mənim müştərim olub. Günlərin birində isə onu videokamera ilə çəkdim. Həmin gün Ancelinanın evinə getmişdim. Mən ona narkotik maddələr verdim, o da mənə pul. Çox pis, yorğun, əzgin görünürdü. Qollarında onlarla iynə izləri vardı", - F.Meyer söyləyib.
Meyerin sözlərinə görə, Ancelina Coli ilə intim münasibətlər barədə danışırdı: "Onun özü kameraya çəkilməyə icazə verdi. Qəflətən mənə seks barədə danışmağa başladı. Əri Billi Bob barədə söylədi. Əminəm ki, Ancelina hələ də Billi Bob barədə düşünür. Bred Pittin yerinə mən olsaydım, özümü pis hiss edərdim. Çünki Ancelina sabiq əri Billi Bobu "əsl kişi, kişilərin kişisi" sayır".39 yaşlı Ancelina Coli video ilə bağlı açıqlama verərək bildirib ki, həmin vaxtlar geridə qalıb."Narkotik maddələrdən asılı qaldığım vaxtlar vardı və bunu heç vaxt sirr kimi gizləməmişəm. O vaxtlar geridə qalıb. Narkotik maddələrdən asılılıqdan çoxdan qurtulmuşam və indi tam normal həyat yaşayıram. O illərdəki zəifliyimə təəssüflənirəm. Həddən artıq müşkül, ağır zamanlardan keçdim və gənc yaşlarımda ölmədim. Tanrıya şükürlər olsun..." - A.Coli deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31