Məşhur müğənninin oğlu vəfat etdi

Uzun zamandır mədə xərçəngindən əziyyət çəkən Səlim bir müddətdir müalicə olunurdu

 Türkiyənin tanınmış arabesk müğənnisi və "Yeşilçam" kinematoqrafiyasının aktyoru Gökhan Güneyin oğlu Səlim Güney vəfat edib.

ANS PRESS-in xəbərinə görə, uzun zamandır mədə xərçəngindən əziyyət çəkən Səlim bir müddətdir "Kartal" xəstəxanasında müalicə olunurdu.

Məlumata görə, 40 yaşlı Səlim Güneyin cənazəsi Hatay vilayətinin Reyhanlı rayonuna göndəriləcək.

Mərhum cüməaxşamı günü zöhr namazından sonra dəfn olunacaq.

Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31