Kösəm sultan bəlli oldu

Sultan obrazını aktrisa Beren Saat canlandıracaq

Türkiyənin ən çox izlənilən seriallarından olan "Muhteşem yüzyıl"ın davamı olaraq çəkilməsi planlaşdırılan "Kösəm sultan"ın baş rolunun ifaçısı dəqiqləşib. Serialın 2015-ci ildə ekrana çıxması planlaşdırılır. Gələn ilin sentyabrından yayımlanacaq serialda Kösəm sultanı aktrisa Beren Saat canlandıracaq.

Qeyd edək ki, baş rol üçün 3 nəfərin adı çəkilirdi. Bunlar Hürrəm sultan obrazını canlandıran Məryəm Üzərli, Tuba Büyüküstün və Beren Saat idi. Kösəm sultan Osmanlı tarixinin ən güclü qadınlarından biridir. Əsl adı Anastasiya olan Kösəm 1590-cı ildə Yunanıstanda doğulub. O, 15 yaşında Osmanlı sultanına göndərilib və padşah I Əhmədin həyat yoldaşı olub. O, nəvəsinin hakimiyyətini görən, yeganə sultandır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31