Sevinc Tofiqqızı İbarahim Tatlısəsə mahnı bəstələdi VIDEO

Azərbaycanlı xanım bəstəkar Sevinc Tofiqqızı, Türkiyənin məşhur müğənnisi İbarahim Tatlısəsə mahnı bəstələyib. Bu barədə "Olaylar"a məlumat verən xanım bəstəkar, İbrahimə bəstələdiyi "Məkkədə" mahnısı haqqında bunları deyib: "Məni İbrahim bəyin vurulması xəbərinə çox sarsıldım. Sözün əsil mənasında o, Türkiyənin ən önəmli səslərindən birdir. Biz onun mahnıları ilə böyüdük. Hazırda, Tatlısəsin oxuya bilməməsi məni çox üzür. Mən inaıram ki, İbarhim Tatlısəs tez bir zamanda sağalacaq və mənim ona bəstələdiyim sözləri dəyərli şairimiz Zəlimxan Yaquba aid olan "Məkkədə" mahnısı o, gözəl avazı ilə ifa edəcəkdir. Mənim ona musiqi bəstələməyimin önəmli səbəblərindən biri İbarhim Tatlısəsi ruhlandırmak və onu tez bir zamanda sağalmaqını cani-könüldən arzu etməkdir. İbarıhim Tatlısəs bilsin ki, bizim dualarımız onunladır". Sevinc Tofiqqızı, İbrahim Tatlısəsə bəstələdiyi mahnını ifa edən şəxsdən də söhbət açıb: " Bu mahnın bəstələdim. İbrahim bəyə hazır oxunmuş halda göndərmək istədim. Tanıdığım və İbarahim bəyin səsinə bənzəyən birinə oxutdurdum. O, adam sağ olsun gəldi mahnı oxudu. Sözün əsil mənasında İbrahim Tatlısəsə layiq ifa edib. Misiqimi söz yazarı olan bizim dəyərli şairimiz Zəlimxan Yaqubda öz minnətdarlığımı bildirirəm. Onu da deyim ki, İbrahim bəy şəxsən tezbir zamanda ona bəstələdiyim bu mahnı dinləyəcəkdir. Onun fikirlərini zamanı gəldiyində mediaya açıqlayaram". Məlumat üçün bildirək ki, bəstəkar Sevinc Tofiqqızı Atatürkə və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana da kompozisiya bəstələmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31