Azərbaycan mədəniyyəti təbliği edilir
8 İyul 2014 13:09 MədəniyyətARDNŞ artıq 3-cü ildir ki, Azərbaycan mədəniyyətinin təbliği məqsədi ilə beynəlxalq musiqi tədbirləri sırasında xüsusi yer tutan Montrö Caz Festivalı ilə tərəfdaşlıq edir. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, bu ilki Montrö Caz Festivalı çərçivəsində Azərbaycanın adından ziyafət təşkil edilib. Gecədə İsveçrədə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərin nümayəndələri, həmçinin ictimai-siyasi xadimlər, Möntrö Caz Festivalının icraçı direktoru Matyö Jaton, Ümumdünya İqtisadi Forumunun Tədbirlər və xidmətlər üzrə baş direktoru Jan Lu Deneria, İsveçrə Baş Assambleyasının Xristian Demokrat Partiyasından olan üzvü, nüfuzlu siyasətçi Filippo Lombardi, UEFA-nın nümayəndəsi David Petriaşvili və başqaları iştirak ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31