Ancelina Coli və Bred Pitt yenidən eyni filmdə rol alacaqlar
8 İyul 2014 12:57 MədəniyyətMəşhur cütlük Ancelina Coli və Bred Pitt eyni filmdə rol alacaqlar. "Us Weekly"-ın verdiyi məlumata görə, yeni film Maltanın Qozo adasında çəkiləcək. Artıq oyunçular filmin çəkiləcəyi arenaya da baş çəkiblər. Ancelina və Bred bu məqsədlə avqustun sonunda 6 uşağı ilə birlikdə Maltaya gələcəklər. Onların Qozoda iki ay qalacaqları bildirilir. Film sevgiyə aiddir. Ssenarisi Ancelina Coliyə aiddir. Filmin adı mediaya açıqlanmayıb. Qeyd edək ki, A.Coli və B.Pitt bundan əvvəl "Cənab və xanım Smit" filmində baş rolları canlandırıblar. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31