Mövsümün son tamaşası “Qoğalın nağılı”nın ictimai baxışı olacaq...
7 İyul 2014 18:26 MədəniyyətXəbər verdiyimiz ki, Dövlət Gənc Tamaşaçılar Teatrı 86-cı tamaşa mövsümünə Xaçmaz şəhərində M.F.Axundzadənin "Hekayəti xırs quldurbasan" tamaşası ilə başa vuracaqdır. Eyni zamanda teatrda 86-ci mövsümün son tamaşasının hazırlıq prosesi də başa çatmaq üzrədir. Məşqlərinə may ayının sonlarından start verilən "Qoğalın nağılı"na iyul ayının 16-da ictimai baxışı keçiriləcəkdir. Pərvin Nurəliyevanın səhnələşdirdiyi eyniadlı pyes əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır. Tamaşada Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Roza İbadova, Anar Seyfullayev, Araz Pirimov, Ramil Məmmədov, Müşfiq Əliyev, Eşqin Quliyev əsas rolları canlandıracaqlar. Məlumat üçün bildirək ki, teatrın yeni - 87-ci mövsümünün ilk yeni tamaşaı da məhz "Qoğalın nağılı" olacaqdır. Yeni tamaşanın premyerası oktyabr ayının 11-i və 12-də saat 12.00-da baş tutacaqdır.