Ailə qurmağa hazırlaşan Azəri Günel başını bağladı
7 İyul 2014 17:28 MədəniyyətTürkiyəli iş adamı İnanc Başəyməzlə ailə qurmağa hazırlaşan Azəri Güneldən xəbər var. Lent.az-ın məlumatına görə, ifaçı Ramazan bayramı münasibəti ilə başını bağlayıb. Oruc tutan müğənni müqəddəs ay münasibəti ilə öz düşüncələrini dilə gətirib: "Ən gözəl aylardan birini yaşayırıq. Mən də bir çox müsəlmanlar kimi oruc tutmuşam. Allah bütün oruc tutanların orucunu qəbul etsin".
Qeyd edək ki, 2011-ci ilin iyulundan türkiyəli İnanc Başəyməz adlı bəylə nişanlı olan müğənnin toyunun payız aylarında olacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31