Gənc Tamaşaçılar Teatrı iyulun 8-dəmövsümə yekun vuracaq...

Bildiyiniz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi iyun ayının 29-dan Respublikamızın bölgələrinə qastrol səfərindədir. Artıq Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Yevlax və Goranboy rayonlarında Milli dramaturgiyamızın banisi M.F.Axundzadənin "Hekayəti xırs quldurbasan" komediyası ilə uğurla çıxış edən kollektiv hazırda Mingəçevir Dövlət Dram Teatrında qastrol səfərini davam etdirməkdədir. Məlumat üçün bildirək ki, qastrol səfəri "Azərbaycan Teatrlarının inkişafı haqqında" Respublika Prezidentinin təsdiq etdiyi "Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. "OLAYLAR"
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31