İlhamə Quliyeva yay istirahətini xaricdə keçirəcək

Sənət kraliçaşı Amerika, İtaliya və Rusiyada dincəlməyi planlaşdırır

Maraqlıdır, ulduzlarımız yay istirahətlərini harada və necə keçirirlər? Onlar Azərbaycanı, Türkiyəni, Rusiyanı yoxsa Avropanı seçirlər? Bu məqsədlə xalq artisti, "Şöhrət", "Şərəf " ordenli ustad sənətkar İlhamə Quliyeva ilə əlaqə saxladıq. Dəyərli sənətkar ekskluziv olaraq yay istirahəti ilə bağlı "Olaylar"a açıqlama verdi. Hal-hazırda şəhərdəki evində istirahət edən İlhamə xanım bunları söylədi: "Mən indi şəhərdəki evimdə dincəlirəm. Tezliklə Amerika və İtaliyaya səfər edərək orada yay istirahətimi keçirəcəyəm. Sonra isə Kislavodsk və Minvod şəhərlərinə gedəcəm. Sənət fəaliyyətimidə bu isti havalarda dayandırmıram. Xanım İsmayılqızının mənim üçün yazdığı "Sən nə biləsən" adlı mahnısının klip çəkilişlərinə start vermişəm. Bu mənim doğum günümə qədər tamaşaçılarıma təqdim ediləcək və bu klipi tamaşıçalar əminəm ki, çox bəyənəcək. Mən həmişə öz zövqümlə, sənətimlə fərqlənmişəm. Elə buna görə də xalqım, dövlətim sənətimi sevir, məni lazımınca dəyərləndirir və qiymətləndirir. Mahnılarımın seçilməsində və sevilməsində öz zovqümə çox güvənirəm. Mahnı ruhumu silkələməsə onu oxumaram. Məni sevənlərə yayda mənalı istirahət arzulayıram. Yay səfərlərinin sferası zəngin olan sənətkarımız bir neçə xarici səfərlərini isə açıqlamadı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31