O biri dünyada “Yeraltı gözəllik yarışması” keçiriləcək: Hamı dəvətlidir
2 İyul 2014 16:15 MədəniyyətAzərbaycan Dövlət "YUĞ" Teatrında Qabriel Qarsia Markesin "Dünyanın ən gözəl ölüsü" hekayəsi və "Gözlənilən bir qətlin tarixçəsi" povestinin motivləri əsasında hazırlanmış "Misis və Mister Cəsəd" tamaşasının premyerası keçiriləcək. Tamaşada rolları Amid Qasımov (Santyaqo Nasar ), Rasim Cəfər (Bayyardo San Roman), Könül Cəfərzadə (Anxela Vikario), əməkdar artist Yaqut Paşazadə (Luisa Santyaqo), Elgün Həmidov (Pedro Vikario), Təranə Ocaqverdiyeva (Marqot), Vüqar Hacıyev (Keşiş Amador) ifa edəcəklər. Tamaşanın quruluşçu rejissoru ƏR-Toğruldur. Quruluşçu-rəssam Umay Həsənova, Musiqi tərtibatı Mələk Vəlizadə, rejissor-assistenti Yaqut Paşazadədir. Komik-mistika janrında olan tamaşa 55 dəqiqə olacaq. Tamaşa iyulun 2-də saat 18:00-da "YUĞ" Teatrında baş tutacaq. Tamaşanın məzmununa əsasən, o biri dünyada "Yeraltı Gözəllik Yarışması" keçirilir. Yarışmanın şərtlərinə görə, iştirakçılar dirildilib, bu dünyaya göndərilir. Sağ olarkən etdikləri əməlləri təkrarlayaraq, öz əməllərinə özləri qiymət verirlər. Məlum olur ki, hər biri özünü, az qala, müqəddəs sayan iştirakçıların heç biri dirilməyə layiq deyillər. ("OLAYLAR" İA)