Musiqili Teatr mövsümün bağlanışına hazırlaşır

 Azərbaycan Dövlət Musiqili Teatrı 114-cü mövsümünü iyulun 5-də "Ər və arvad" tamaşası ilə başa vuracaq. Teatrdan "OLAYLAR"-a bildirilib ki, bağlanışın məhz bu tamaşa ilə olması xüsusilə əlamətdardır. Belə ki, milli opera janrının yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 1909-cu ildə yazdığı üç pərdəli "Ər və arvad" musiqili komediyası ilə Azərbaycan Dövlət Musiqili Teatrının əsası qoyulub. Odur ki, bir ənənə olaraq hər il yeni mövsüm sentyabr ayının 18-də - Milli Musiqi Günü bu tamaşa ilə açılır və iyul ayında da bu tamaşa ilə başa çatır. Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31