Azəri Günel: "Türkiyədə deyirəm ki, bizdə yalnız pis xanımlar bunu edirlər"

Müğənni Azəri Günel Zeynalova “Şoubiz+” verilişində şəxsi həyatı, yaradıcılıq yenilikləri ilə bağlı açıqlamalar verib

Sənətçi nişanlısından danışıb: "Ona "fındıq" deyirəm. Buna çox əsəbləşir. Bununla bağlı çox danışa bilmərəm. Mənə baxanda hirslənəcək. Azərbaycanı çox bəyəndi. İçərişəhərdən xoşu gəlib. Bizim qutabımızı xoşlayır". Türkiyəli müğənni İbrahim Tatlısəsin mahnısını oxuduğunu deyən Günel yeni albomundan da bəhs edib: ""Səndən insaf dilər yarım" mahnısı üçün ölürdüm. Nəhayət, mən də oxudum. Klip də çəkdirmişəm. İbrahim Tatlısəsin repertuarından 13 mahnı oxumuşam, onlardan ibarət albom hazırlayıram. Bu yükün altından çıxa biləcəyimə inanıram. Mahnıların adını əvvəlcədən açıqlamıram. Çünki hansını deyirəmsə, gedib səhəri gün həmin bəstəni oxuyurlar. "Üsyan" mahnısını ilk oxuyan mən oldum. Sonra digərləri səsləndirdilər. Bu, gözəl haldır, demək, mən izlənilirəm". G.Zeynalova siqaret çəkən xanımlara da münasibətini bildirib: "Siqaretə nifrət edirəm. Türkiyədə qadınlar çox çəkirlər. Rastıma çıxana isə deyirəm ki, bizim Azərbaycan qadınları siqaret çəkmirlər, yalnız pis xanımlar bunu edirlər. Çox təəccüblənirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31